"SOCAR Polymer" layihəsinin Polipropilen Zavodunda işlərin 71%-i görülüb

"SOCAR Polymer" layihəsinin Polipropilen Zavodunda işlərin 71%-i görülüb İstehsal ediləcək məhsulların 60-70%-i Türkiyə və Avropa bazarlarına çıxarılacaq
Sənaye
12 Aprel , 2017 11:35
SOCAR Polymer layihəsinin Polipropilen Zavodunda işlərin 71%-i görülüb

Bakı. 12 aprel. REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilən "SOCAR Polymer" layihəsinin icrası uğurla davam etdirilir. "Report" xəbər verir ki, bunu IV Beynəlxalq "Caspian Energy Forum-2017" konfransında çıxışında "SOCAR Polymer" şirkətinin baş maliyyə analitiki Babək Beydullayev bildirib. 

O qeyd edib ki, Polipropilen Zavodu üzrə işlərin 71%-i, Yüksək Sıxlıqlı Polietilen Zavodu üzrə işlərin 27%-i icra olunub. Onun sözlərinə görə, bu ilin sonuna mexaniki işlər tamamlanacaq. 

Şirkət nümayəndəsi 2018-ci ildə istehsala başlanacağını bildirib: "SOCAR Polymer"in iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. "SOCAR-GPC" layihəsinin işə düşməsindən sonra polipropilen istehsalının ildə 300 min tona çatdırılması nəzərdə tutulur. İstehsal ediləcək məhsulların 30-40%-i yerli bazara, 60-70%-i isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq".

Son xəbərlər

Orphus sistemi