Uşakov: Rusiya və ABŞ prezidentlərinin görüşü yaxşı keçib

Digər ölkələr
  • 19 noyabr, 2026
  • 09:55
Uşakov: Rusiya və ABŞ prezidentlərinin görüşü yaxşı keçib

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) çərçivəsindəki görüşü yaxşı keçib.

"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Putin və Trampın görüşü yaxşı keçdi. Onlar Ukrayna münaqişəsini və ikitərəfli əlaqələri müzakirə etdilər. Heç bir tərəf xüsusi vacib bəyanatlar vermədi. Vladimir Putin danışıqlardan əla əhvali-ruhiyyə ilə çıxdı", - o qeyd edib.

44 filmi