​SOCAR “Petkim Holdinq"ə yeni investorlar cəlb edir

​SOCAR “Petkim Holdinq"ə yeni investorlar cəlb edir "Petkim" Neft-Kimya Holdinqinin səhmlərinin 3,4%-i satışa çıxarılıb
Sənaye
5 Fevral , 2015 11:18
​SOCAR “Petkim Holdinqə yeni investorlar cəlb edir

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki ən böyük aktivi olan “Petkim” Neft-Kimya Holdinqinin hissələrinin 3,4%-nı satışa çıxarıb. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Məlumata görə, satış əməliyyatı ABŞ-da yerləşən və beynəlxalq bazarlarda investisiya həyata keçirən xarici fondlara 4 türk lirəsi məbləğində vahid qiymətlə gerçəkləşdiriləcək. Əməliyyat Türkiyədə xarici hissə vasitəçiliyi sahəsində böyük nüfuz qazanmış “Ünlü&Co.” şirkəti tərəfindən İstanbul Birjasının Topdansatış Bazarında icra olunacaq.

“SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru Kənan Yavuz satış ilə bağlı açıqlamasında bildirib ki, bu əməliyyat xarici investorların SOCAR və “Petkim”ə göstərdikləri yüksək etimad və etibarın göstəricisidir. Bu hissələr 2009-2010-cu illərdə investisiya məqsədi ilə İstanbul Birjasından o zaman üçün çox ucuz hesab etdiyimiz 2,1 türk lirəsinə alınıb və buna görə də indiki satış əməliyyatından əhəmiyyətli bir ticari gəlir əldə olunacaq. İcraçı direktor satışın birja əməliyyatlarında yer alan hissələrdən edildiyini, SOCAR-ın “Petkim”dəki mövcud sahiblik statusunda hər hansı bir dəyişiklik yaratmadığını qeyd edib.

“Petkim”in hissələri ötən il İstanbul Birjasında ən böyük 30 şirkət arasında ən yüksək dəyər artımına nail olmasıyla diqqət çəkib. Xarici fondların “Petkim” hissələrini birjada son 7 ildəki ən yüksək qiymətə (4 türk lirəsinə) almaq istəyi bazarda Holdinqin perspektivinə bəslənən etimadın bariz nümunəsi kimi dəyərləndirilir.

Son xəbərlər

Orphus sistemi