"SOCAR Methanol" bu ilin istehsal hədəfini artıq 100% yerinə yetirib

"SOCAR Methanol" bu ilin istehsal hədəfini artıq 100% yerinə yetirib Müəssisənin strateji hədəflərindən biri istehsalın artırılması və maya dəyərinin aşağı salınmasıdır
Sənaye
23 Oktyabr , 2017 12:04
SOCAR Methanol bu ilin istehsal hədəfini artıq 100% yerinə yetirib
“SOCAR Methanol” MMC-nin direktoru Elnur Mustafayev / Report/ Firi Salim

Bakı. 23 oktyabr. REPORT.AZ/ “SOCAR Metanol” şirkəti artıq bu il üçün nəzərdə tutulan istesal planını tam olaraq yerinə yetirib.

“Report” xəbər verir ki, bunu “Azərbycanda emal sənayesinin inkişafında yerli istehsalın dəstəklənməsi” mövzusunda Bakıda keçirilən tədbirdə “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev bildirib: “Bu il zavod fasiləsiz və təhlükəsiz istehsala davam edib”.

O qeyd edib ki, zavodda istehsal olunan məhsulun 95%-i SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac edilir: “Zavodun məhsullarına böyük tələbat var. İstehsal olunan məhsulun 5%-i daxili bazarda satılır. Daxili bazarda əsasən bir neçə müəssisəyə satış həyata keçirilir”.

Qeyd edək ki, Zavodda bu il 250 min ton metanol istehsalı proqnozlaşdırılırdı.

MMC-nin direktorunun sözlərinə görə, müəssisənin strateji hədəflərindən biri istehsalın artırılması və maya dəyərinin aşağı salınmasıdır.

O bildirib ki, dünyadakı metanol zavodlarının istehsalında “SOCAR Methanol”un payı 0,7% təşkil edir.

E.Mustafayev bu gün keçirilən tədbirin əhəmiyyətindən də danışaraq tədbirdən yerli satışın inkişaf etdirilməsi və Azərbaycandakı müəssisələrə daha çox məhsul satılmasının gözləntilər arasında olduğunu qeyd edib. Müəssisə rəhbəri bu cür tədbirlərin davamlı olacağına inandığını bildirib.

Qeyd edək ki, Qaradağ rayonunda yerləşən Metanol zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, bu ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi