SOCAR-ın Karbamid Zavodu istehsal edəcəyi məhsulun çoxunu xaricə satacaq

SOCAR-ın Karbamid Zavodu istehsal edəcəyi məhsulun çoxunu xaricə satacaq Zavodun inşası üşün Koreya "Eximbank"ından bu ayın sonuna qədər daha 23 mln. avro alınacaq
Sənaye
13 Aprel , 2017 14:37
SOCAR-ın Karbamid Zavodu istehsal edəcəyi məhsulun çoxunu xaricə satacaq

Bakı. 13 aprel. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunun inşası çərçivəsində Koreya "Eximbank"ından alınan kreditin ikinci tranşı bu ayın sonuna qədər köçürüləcək. Bu tranş üzrə 23 mln. avro alınması nəzərdə tutulur". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında zavodun direktoru Xəyal Cəfərov deyib.

Onun sözlərinə görə, adıçəkilən bankdan görürülən kreditin ümumi həcmi 500 mln. avroya qədər ola bilər: "Azərbaycan dövlətinin zəmanəti ilə Koreya "Eximbank"ı bizə 500 mln. avroluq kredit xətti açıb. Martın 4-də ilk tranş həyata keçirildi və bu məbləğ 201 mln. avro idi. Layihənin ümumi dəyəri isə 750 mln. avro civarındadır".

Direktor onu da qeyd edib ki, zavod 1 ildən sonra işə düşəcək və burada istehsal ediləcək gübrə ölkənin tələbatını tam ödəyəcək: "Gün ərzində 1200 ton ammonyak, 2000 ton isə karbamid istehsal etmək istəyirik. Bu isə il ərzində 650-660 min ton karbamid deməkdir. Hesablamamıza görə, hazırda ölkədə illik karbamid tələbatı 150 min tondur. İstehsal ediləcək məhsulun bir hissəsi xaricə ixrac olunacaq. Əsas ixrac bazarı kimi Türkiyə, digər Qara dəniz və Aralıq dənizi ölkələri nəzərdə tutulub. Hazırda Türkiyənin idxalı 1,5 mln. tondur ki, biz bunun təxminən 1/3 hissəsini təmin edə bilərik".

X.Cəfərov zavodun proqnozlaşdırılan gəlir məbləğini də açıqlayıb: "Hesablamalarımıza görə, hər ton karbamiddən orta hesabla 100 ABŞ dolları gəlir əldə edəcəyik". 

Son xəbərlər

Orphus sistemi