Şərur Sənaye Məhəlləsində 7 sahibkarlıq subyekti fəaliyyət göstərir

Şərur Sənaye Məhəlləsində 7 sahibkarlıq subyekti fəaliyyət göstərir Şərur rayonunda yaradılmış sənaye məhəlləsində 7 sahibkarlıq subyekti fəaliyyət göstərir.
Sənaye
26 Oktyabr , 2023 12:38
Şərur Sənaye Məhəlləsində 7 sahibkarlıq subyekti fəaliyyət göstərir

Şərur rayonunda yaradılmış sənaye məhəlləsində 7 sahibkarlıq subyekti fəaliyyət göstərir.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, bunu Nахçıvаnın iqtisаdiyyat nаziri Tapdıq Əliyev iş adamlarının iştirakı ilə keçirilən tədbirdə bildirib.

"Ərazidə sahibkarlığın inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Artıq Şərur Sənaye Məhəlləsində ayaqqabı, tikiş malları, qapılar, mebel, kağız kisə, karton və tara istehsalı sahələri var. Bitki yağı, unlu qənnadı məmulatları, qəlyan tütünü, metal dam örtüyü istehsalı istiqamətində işlər davam etdirilir”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi