Rusiyanın ət, yağ və konserv məhsulları istehsalçıları bəzi sektorlarda ixracın azalması fonunda xaricə məhsul tədarükünü artırmağa başlayıblar.
“Report” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, Rusiya istehsalçıları Qazaxıstan, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan və Afrika ölkələrinə mal ixracatını artırırlar.
Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti bəyan edib ki, 2022-ci ildə ölkəyə qarşı sanksiya tədbirləri ilə əlaqədar hökumət ixracatçıları dəstəkləmək üçün prosedurların sürətləndirilməsi və sadələşdirilməsi barədə qərar qəbul edib. Eyni zamanda Rusiya hökuməti subsidiyaların verilməsinin nəticələrinə nail olmaq üçün öhdəliklərə güzəştlər tətbiq edib.
Qeyd olunub ki, Rusiya məhsulları xaricdə yaxşı tanınır və onlara böyük tələbat var: “Bu, etibarlılıq, rəqabətli qiymətlər və məsuliyyətli xidmət sayəsində mümkündür”.