Qloballaşmış istehsalat sisteminin zəif tərəfləri üzə çıxıb

Qloballaşmış istehsalat sisteminin zəif tərəfləri üzə çıxıb Koronavirus (COVID-19) pandemiyası nəticəsində bir çox dövlətlər və iri şirkətlər qlobal tədarük zəncirlərində strateji məhsulların çatışmazlığı ilə üzləşib.
Sənaye
1 Sentyabr , 2020 17:25
Qloballaşmış istehsalat sisteminin zəif tərəfləri üzə çıxıb

Koronavirus (COVID-19) pandemiyası nəticəsində bir çox dövlətlər və iri şirkətlər qlobal tədarük zəncirlərində strateji məhsulların çatışmazlığı ilə üzləşib.

“Report” xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının iqtisadi inteqrasiya barədə tədqiqatında bildirilir.

Tədqiqatın nəticələrinə görə, pandemiyanın təsiri ilə qloballaşmış istehsalat sisteminin zəif tərəfləri üzə çıxıb. Artıq tədarük zəncirlərinin yenidən qurulması gündəmə gəlib, orta gələcəkdə bu zəncirlərin regionlar üzrə təmərküzləşməsinin güclənməsi gözlənilir. Qlobal sarsıntıları yumşaldacaq bu proses səmərəli və çevik tədarük zəncirlərinin yaradılması, ticarətdən ifrat asılılıq riskinin azaldılması üçün qonşu ölkələr arasında əməkdaşlığın gücləndirilməsini ehtiva edir. 

Son xəbərlər

Orphus sistemi