Prezident: "4-cü Sənaye İnqilabı artıq reallıqdır, geridə qalmamaq üçün bu istiqamətdə addımlar atırıq"

Prezident: "4-cü Sənaye İnqilabı artıq reallıqdır, geridə qalmamaq üçün bu istiqamətdə addımlar atırıq" Dördüncü Sənaye İnqilabı artıq reallıqdır və biz geridə qalmamaq üçün bu istiqamətdə öz addımlarımızı atırıq.
Sənaye
2 Fevral , 2022 20:24
Prezident: 4-cü Sənaye İnqilabı artıq reallıqdır, geridə qalmamaq üçün bu istiqamətdə addımlar atırıq
İlham Əliyev

Dördüncü Sənaye İnqilabı artıq reallıqdır və biz geridə qalmamaq üçün bu istiqamətdə öz addımlarımızı atırıq.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.

“Biz milli dəyərlər üzərində qurulmuş güclü dövlət, eyni zamanda, dünyaya açıq, özünə qapanmayan və ən mütərəqqi texnologiyaları və innovasiyaları gətirən və burada tətbiq edən ölkəyik”, – deyən Prezident İlham Əliyev qeyd edib ki, Dördüncü Sənaye İnqilabı artıq reallıqdır və biz geridə qalmamaq üçün bu istiqamətdə öz addımlarımızı atırıq.

Dövlətimizin başçısı bildirib ki, Dördüncü Sənaye İnqilabının mərkəzinin Azərbaycanda yaradılması bizə, eyni zamanda, geniş bir informasiya məkanına çıxış əldə etmək üçün köməklik göstərəcək. Prezident İlham Əliyev deyib: “Prinsip etibarilə biz özümüzü texnologiyaları tətbiq edən ölkə kimi görürük və bir addım arxada olmalıyıq, texnologiyaları icad edənlərdən bir addım geridə. Ən müasir texnologiyalar buraya gəlməlidir, biz gətirməliyik - həm dövlət, həm özəl sektor və beləliklə, inkişafı təmin etməliyik. Artıq yeni yaradıla biləcək peşələr yaranmaqdadır. Burada mərkəzin olması bizə, yenə də deyirəm, imkan verəcək ki, biz öz iqtisadi siyasətimizi planlaşdıraq, dövlət tərəfindən yeni işlərin yaradılmasına stimul verək, təkan verək, insanların peşə profilini dəyişdirək”.

Son xəbərlər

Orphus sistemi