“Petkim”ə yeni baş direktor müavini təyin olunub
Sənaye
- 26 dekabr, 2018
- 06:49
Bakı. 26 dekabr. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding”in baş direktor müavini vəzifəsində dəyişiklik edilir.
“Report” bu barədə şirkətin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) yaydığı məlumata əsasən xəbər verir.
Məlumata görə, şirkətin istehsal üzrə baş direktor müavini Nihad Gürbüz gələn il yanvarın 1-dən bu vəzifədən ayrılacaq, həmin vəzifəyə hazırda Aromatiklər, Qlikol və Akril istehsalı üzrə direktor vəzifəsini icra edən Ali Semih Şansal təyin olunub. O, yanvarın 1-dən yeni vəzifəsinin icrasına başlayacaq.
N.Gürbüz isə həmin tarixdən baş direktorun texniki məsələlər üzrə müşaviri vəzifəsini icra edəcək.
Son xəbərlər
08:14
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:11
Qəbələdə yol qəzası baş verib, ölən və xəsarət alan var
Hadisə08:05
Foto
ABŞ-də azərbaycanlılar arasında ilk MMA döyüş turnirinə start verilib
Digər ölkələr07:48
Filippində bərə qəzası nəticəsində ölənlərin sayı 13-ə çatıb – YENİLƏNİB
Digər ölkələr07:31
Rubio və əl-Sudani İraq həbsxanalarında İŞİD döyüşçülərinin saxlanılmasını müzakirə ediblər
Digər ölkələr07:16
Konqoda silahlıların hücumu nəticəsində 25 nəfər öldürülüb
Digər ölkələr06:55
Qızılın qiyməti tarixi maksimumu yeniləyib
Digər ölkələr06:38
Pistorius: Tramp NATO-nun Əfqanıstanda əməliyyatlarda rolu ilə bağlı şərhlərinə görə üzr istəməlidir
Digər ölkələr06:11