​Nazir: Sumqayıt Kimya Sənaye Parkına 1,1 mlrd. manat investisiya yatırılacaq

​Nazir: Sumqayıt Kimya Sənaye Parkına 1,1 mlrd. manat investisiya yatırılacaq Sahibkarlara verilən icazələrin sayı 330-dan 87-yə endirilib
Sənaye
129
14 İyun , 2016 11:24
​Nazir: Sumqayıt Kimya Sənaye Parkına 1,1 mlrd. manat investisiya yatırılacaq

Bakı. 14 iyun. REPORT.AZ/ Sumqayit Kimya sənaye parkına 1,1 mlrd. manat investisiya yatırılacaq. “Report” xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev “Azərbaycanda investisiyaların təşviqi: yeni yanaşmalar və prioritetlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

“Bu gün həm də Sumqayıt Kimya Sənaye Parkına səkkizinci rezidentin qəbulu üçün sənəd imzalanacaq. Həmçinin 9-cu rezidentin Parka qəbulu üçün işlərə də başlanılacaq. Ümumilikdə 8 rezidentin Sumqayıt Kimya Sənaye Parkına 1,1 mlrd. manat investisiya yatırması planlaşdırılır”, - nazir deyib.

Ş. Mustafayev həmçinin deyib ki, aparılan islahatlar nəticəsində lisenziyaların sayı 59-dan 37-yə endirilib və verilmə prosesi də sadələşdirilib. Həmçinin sahibkarlara verilən icazələrin sayı 330-dan 87-yə endirilib.

Son xəbərlər

Orphus sistemi