Naxçıvanda sənaye istehsalı 2 %-dən çox artıb

Sənaye
  • 24 oktyabr, 2022
  • 05:17
Naxçıvanda sənaye istehsalı 2 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan MR-da 885 milyon 535 min manatlıq sənaye məhsulu istehsal olunub.

Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 % çoxdur.

9 aylıq sənaye məhsulu istehsalının 94,5 %-i malların, 5,5 %-i isə xidmətlərin payına düşüb. İstehsalda özəl sektorun payı 92 % təşkil edib. 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda isə 64,1 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % az sənaye məhsulu istehsal edilib. O cümlədən, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 1,9 % azalıb, qeyri neft-qaz sektorunda isə 7,2 % artıb.

Sənaye məhsulunun 75,8 %-i mədənçıxarma sektorunda, 20,4 %-i emal sektorunda, 3,2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 % azalıb, əmtəəlik qaz hasilatı isə 9,8 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti