Məsim Məmmədov: “Kəlbəcərin ətrafında sənaye zonası yaradılacaq”

Məsim Məmmədov: “Kəlbəcərin ətrafında sənaye zonası yaradılacaq” Bundan əlavə bir neçə müəssisələrdə sənaye zonaları üçün yerlər ayıracağıq. Kəlbəcər çox zəngindir. Burada kənd təsərrüfatı, turizm, emal sənayesi üçün imkanlar var
Sənaye
7 Sentyabr , 2023 13:40
Məsim Məmmədov: “Kəlbəcərin ətrafında sənaye zonası yaradılacaq”
Məsim Məmmədov

Kəlbəcər şəhərinin ətrafında sənaye zonasının yaradılması nəzərdə tutulur.

"Report" xəbər verir, bunu Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Kəlbəcərdə keçirilən Əlaqələndirmə Qərargahının Şəhərsalma məsələləri üzrə işçi qrupunun iclasından sonra jurnalistlərə bildirib.

O qeyd edib ki, sənaye zonasında müxtəlif tipli müəssisələrin tikintisi nəzərdə tutulur: “Bundan əlavə bir neçə müəssisələrdə sənaye zonaları üçün yerlər ayıracağıq. Kəlbəcər çox zəngindir. Burada kənd təsərrüfatı, turizm, emal sənayesi üçün imkanlar var".

Son xəbərlər

Orphus sistemi