Məhkəmə “AzerGold”a qarşı qaldırılmış pul tələbi iddiasını rədd edib
Sənaye
- 22 aprel, 2022
- 05:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“PKF Audit Azerbaijan” MMC-nin “AzerGold” QSC-yə qarşı pul tələbi iddiası rədd edilib.
“Report”un məlumatına görə, özə audit şirkətinin dövlət şirkətinə qarşı irəli sürdüyü “yeni yataqların aşkarlanması məqsədi ilə həyata keçirilən kəşfiyyat işləri və mövcud perspektiv sahələr üzrə aparılan tədqiqat işləri ilə bağlı məsləhət xidmətlərinin satın alınması barədə 6 iyun 2018-ci il tarixli müqavilə üzrə 28 min manat məbləğində borcun tələb edilməsi” tələbinə dair iddiası təmin olunmayıb.
İşə ötən gün Bakı Kommersiya Məhkəməsində keçirilmiş açıq məhkəmə iclasında hakim Fərrux Qasımovun sədrliyi ilə baxılıb.
Son xəbərlər
01:17
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turunun oyunları baş tutub
Futbol
01:14
UEFA Avropa Liqasında II turunun oyunları keçirilib
Futbol
00:38
Azərbaycan 2030-cu ildə icmal büdcənin kəsirini 260 milyon dollara endirəcək
Maliyyə
00:30
Azərbaycan iqtisadiyyatına yaxın 4 ildə mümkün investisiya qoyuluşunun məbləği elan edilib
Maliyyə
00:25
Azərbaycan gələn il xarici dövlət borcunun ödənilməsinə 1,4 milyard manatdan çox pul xərcləyəcək
Maliyyə
00:18
Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək
Maliyyə
00:04
Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
Maliyyə
23:54
Azərbaycan XİN: AQEM-in VII Zirvə Görüşü regional dialoqun inkişaf etdirilməsində mühüm mərhələdir
Xarici siyasət
23:43
2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb
Maliyyə