Yuxarı
    Bağlamaq

    İran dərman istehsalı müəssisəsinin yaradılmasına dair təkliflərini Azərbaycana təqdim edib

    Təkliflər öyrəniləcək və həyata keçirilməsi imkanları araşdırılacaq

    Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Sosial Müdafiə Təşkilatı sədrinin vəzifələrini icra edən Rza Raeinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    "Report" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rza Raei təmsil etdiyi qurum və quruma daxil olan əczaçılıq məhsulları istehsalçısı "Darou pakhsh" şirkəti barədə məlumat verib.

    Görüşdə Azərbaycanda dərman istehsalının təşkili sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

    İran tərəfi ölkəmizdə dərman istehsalı müəssisəsinin yaradılmasına dair təkliflərini Azərbaycan tərəfinə təqdim edib. Təkliflər öyrəniləcək və həyata keçirilməsi imkanları araşdırılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi