İlin 9 ayında “Petkim”də 2,4 mln. ton məhsul istehsal edilib

İlin 9 ayında “Petkim”də 2,4 mln. ton məhsul istehsal edilib Bakı. 2 noyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” neft-kimya kompleksində 2,375 mln. ton məhsul istehsal edilib.
Sənaye
2 Noyabr , 2018 16:38
İlin 9 ayında “Petkim”də 2,4 mln. ton məhsul istehsal edilib

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” neft-kimya kompleksində 2,375 mln. ton məhsul istehsal edilib.

“Report” “Petkim Holding”in məlumatına əsasən xəbər verir ki, hesabat dövründə satış miqdarı 1,455 mln. ton təşkil edib.

Bu ilin 9 ayında “Petkim”də istehsalın həcmi ötən ilin müvafiq dövründən 7%, satış miqdarı isə 5% azalıb.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. “Petkim” Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili olmaqla bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır.

Son xəbərlər

Orphus sistemi