Gəncədə inşa olunan partlayıcı maddə istehsalı zavodunun dəyəri məlum olub

Gəncədə inşa olunan partlayıcı maddə istehsalı zavodunun dəyəri məlum olub "AzerGold" QSC-yə məxsus "Azerblast" MMC-nin Gəncədə inşa etdiyi mülki partlayıcı maddələrin istehsalı zavodunun ümumi investisiya dəyəri 14 milyon manatdır.
Sənaye
16 Fevral , 2023 16:53
Gəncədə inşa olunan partlayıcı maddə istehsalı zavodunun dəyəri məlum olub

"AzerGold" QSC-yə məxsus "AzerBlast" MMC-nin Gəncədə inşa etdiyi mülki partlayıcı maddələrin istehsalı zavodunun ümumi investisiya dəyəri 14 milyon manatdır.

“Report” xəbər verir ki, bunu şirkətin icraçı direktoru Rizvan Baxşıyev bildirib.

"Layihə çərçivəsində inşaat işlərinə təqribən 5,5 milyon manat, avadanlıqların alınması və quraşdırılmasına 4 milyon manat vəsait sərf olunacaq. Layihə üzrə nəzərdə tutulan digər vəsaitlər isə əməliyyat xərclərini təşkil edir. Bütün bu vəsaitlər təsisçilər tərəfindən Nizamnamə kapitalına qoyuluşlar və sərfəli şərtlərlə əldə edilmiş kredit hesabına təmin olunacaq", - deyə o qeyd edib.

"Layihənin maliyyə modelində Xalis Cari Dəyər (NPV) 2,6 milyon manat, Daxili Gəlirlilik Dərəcəsi (IRR) isə 24,3% olaraq hesablanıb. Layihənin icrasına qoyulmuş investisiyanı müəssisənin tam gücü ilə fəaliyyəti nəticəsində 5,3 ilə qaytarmaq mümkün olacaq. Layihə üzrə fəaliyyətin ilk 6 ili üçün hesablanmış cəmi gəlir isə 90 milyon manat nəzərdə tutulub. Sonrakı illərdə də sənaye əhəmiyyətli partlayıcı maddələrə artan daxili və xarici tələbat fonunda istehsalın yüksək templə davam etdirilməsi nəticəsində satış gəlirləri daha da artacaq, müəssisənin uzunmüddətli, fasiləsiz və davamlı fəaliyyəti təmin ediləcək", - deyə R.Baxşıyev əlavə edib.

"Müəssisənin fəaliyyəti ən qabaqcıl texnologiya və avadanlıqlardan istifadə edilməklə təşkil olunacaq. Layihə üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin təsdiq etdiyi Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinə əsasən, istehsalatın yüksək ekoloji norma və standartlara uyğunluğu təmin ediləcək", - deyə icraçı direktor fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi