“AzerGold” və törəmə şirkətinin mülki partlayıcı maddəyə tələbatı açıqlanıb

“AzerGold” və törəmə şirkətinin mülki partlayıcı maddəyə tələbatı açıqlanıb Bu il qızıl və dəmir filizi mədənlərində süxurların partladılması üçün “AzerGold” QSC-nin mülki partlayıcı maddələrə tələbatı 1 445 ton, onun törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC-nin isə tələbatı 1 735 ton həcmində proqnozlaşdırılır.
Sənaye
16 Fevral , 2023 16:45
“AzerGold” və törəmə şirkətinin mülki partlayıcı maddəyə tələbatı açıqlanıb

Bu il qızıl və dəmir filizi mədənlərində süxurların partladılması üçün “AzerGold” QSC-nin mülki partlayıcı maddələrə tələbatı 1 445 ton, onun törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC-nin isə tələbatı 1 735 ton həcmində proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bunu Gəncədə mülki partlayıcı maddələrin istehsalı zavodu inşa edən “AzerGold”a məxsus “Azerblast” MMC-nin icraçı direktoru Rizvan Baxşıyev bildirib.

Onun sözlərinə görə, zavodda ayda 500 ton, yəni ildə 6 min ton partlayıcı maddənin istehsalı planlaşdırılır ki, bunun da bir hissəsi səhmdar cəmiyyəti daxilində istifadə olunacaq, qalan hissəsi isə dağ-mədən və sənayenin başqa sahələrində fəaliyyət göstərən qurumlara yönəldiləcək.

“Növbəti illər üzrə artan tələbata uyğun istehsal həcminin də artırılması, məhsulların xarici bazarlara çıxarılması ilə ölkəmizin qeyri-neft ixracatına töhfə verilməsi hədəf olaraq müəyyənləşdirilib. Nəzərə alınmalıdır ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dağ-mədən sənayesi üzrə yaranmış potensial və həmin ərazilərdə aparılan quruculuq işləri ildən-ilə sənaye partlayıcı maddələrinə olan təlabatın artmasına səbəb olacaq. Araşdırmalarımıza əsasən, təkcə 2024-cü ildə sözügedən bölgələrimiz üçün 10-15 min ton həcmində illik tələbat həcmi proqnozlaşdırılır”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi