Bu il “AzerGold” ixracdan gəlirlərini 68% artırıb

Bu il “AzerGold” ixracdan gəlirlərini 68% artırıb Bu ilin yanvar-mart aylarında “AzerGold” QSC 32 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib
Sənaye
29 Aprel , 2021 18:00
Bu il “AzerGold” ixracdan gəlirlərini 68% artırıb

Bu ilin yanvar-mart aylarında “AzerGold” QSC 32 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 milyon ABŞ dolları və yaxud 68,4 % çoxdur.

Xatırladaq ki, 2020-ci ilin yanvar-mart ayları ərzində “AzerGold” xarici ölkələrə 19 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Qeyd edək ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 62 milyon manatdır. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Son xəbərlər

Orphus sistemi