Britaniya şirkəti dekabrda yeni yataqdan ilk filizi hasil etməyi planlaşdırır
- 27 sentyabr, 2024
- 12:50
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” (AAM) şirkəti bu ilin dekabrında yeni “Gilar” yatağından ilk filizi hasil etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə AAM-ın məlumatında bildirilib.
“Yeni “Gilar” mədəninin işlənməsi bu ilin ötən ayları ərzində davam edib və ilk filizin dekabrda hasil ediləcəyi gözlənilir. Hazırda tunel işləri davam edir. Təxminən 515 metr uzunluğunda olan havalandırma tunelinin və 1 199 metrlik istehsalat tunelinin tikintisi başa çatdırılıb. Mədənin yerüstü infrastrukturu artıq tamamlanıb və ağır texnikaya texniki xidmət sexi daxildir”, - məlumatda vurğulanıb.
Hesabatda, həmçinin qeyd olunub ki, AAM şirkətin gələcək inkişafının əsasını qoyan əhəmiyyətli yeni aktivlər portfelinə malikdir: “Gilər”, “Zəfər”, “ Xarxar” və “Qaradağ” əhəmiyyətli filiz yataqlarıdır, ümumi JORC mineral ehtiyatları bir milyon tondan çox mis və 328 min unsiya qızıldan ibarətdir”.
Əvvəllər şirkət qeyd edib ki, 2024-cü ildə” Gilar” yatağından 10 min unsiya qızıl ekvivalentində qiymətli metal və mis hasilatı planlaşdırılır. Eyni zamanda, 3,1 min unsiya qızıl, 1,4 min ton mis və 49 min unsiya gümüş hasil edilməsni nəzərdən keçirir.
Xatırladaq ki, “Gilar” Gədəbəy müqavilə sahəsindəki faydalı qazıntı yatağıdır və şirkətin emal müəssisələrindən təxminən 7 kilometr məsafədə yerləşir. “Gilar” yatağının qızıl ehtiyatları 255,24 min unsiya qızıl, 53,89 min ton mis və 45,72 min ton sink olaraq qiymətləndirilir.