“Bakelektroqaynaq” səhmdarlarına hesabat verəcək

“Bakelektroqaynaq” səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Sənaye
4 May , 2017 11:42
“Bakelektroqaynaq” səhmdarlarına hesabat verəcək

Bakı. 4 may. REPORT.AZ/ İyunun 20-də, saat 11:00-da “Bakelektroqaynaq” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. 

"Report" xəbər verir ki, bu barədə müəssisənin İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib. 

Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Mir Cəlal küçəsi, 15 ünvanında olacaq. Yığıncağın gündəliyinə müəssisənin 2016-cı il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq edilməsi məsələsi daxildir. 

Xatırladaq ki, “Bakelektroqaynaq” ASC 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 578 128 manatdır. 

Son xəbərlər

Orphus sistemi