"Azəripəy"in nizamnamə kapitalının azaldılmasının səbəbi açıqlanıb

Sənaye
  • 09 fevral, 2022
  • 13:43
Azəripəyin nizamnamə kapitalının azaldılmasının səbəbi açıqlanıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəsisəsi olan "Azəripək" MMC-nin nizamnamə kapitalının azaldılmasının səbəbi ASC-ə məxsus digər bir şirkətin nizamnamə kapitalının artırılmasıdır.

"Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib ki, "Azərbaycan Sənaye Korporasiyası"nın sədrinin əmri ilə 303 100 manat dəyərində əmlak "Azəripək" MMC-nin nizamnamə kapitalından azaldılaraq "Azərpambıq ASK" MMC-nin nizamnamə kapitalına əlavə edilib.

"Həmin əmlak iplik avadanlıqlarından ibarətdir və "Azərpambıq ASK"nın iplik istehsalı layihəsi üçün nəzərdə tutulub", - qurumdan məlumat verilib.

Xatırladaq ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus "Azəripək" MMC-nin nizamnamə kapitalı 303 100 manat və yaxud 2,6 % azaldaraq 11 milyon 849 min 579 manatdan 11 milyon 546 min 479 manata endirilib.

44 filmi