“AzerGold” QSC-nin törəmə müəssisəsi - "Daşkəsən Dəmir Filiz " MMC geoloji kəşfiyyat və buruq qazma işləri üçün laboratoriya şəraitində mineraloji, mexaniki testlərin və kimyəvi analizlərin aparılmasına dair elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Büro Veritas Azeri" MMC-dir.
Qalib şirkətə 2,451 milyon manat ödəniləcək.
Xatırladaq ki, "Daşkəsən Dəmir Filiz" 2020-ci ilin dekabr ayında ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkil edilməsi məqsədilə yaradılıb. Məqsəd səhmdar cəmiyyətinin irimiqyaslı layihələrindən biri olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən bölgənin inkişafına əlavə töhfə verməkdir. Onun nizamnamə kapitalı 38,601 milyon manatdır.