“AzerGold”un Müşahidə Şurasının bu il üzrə ilk iclası keçirilib

“AzerGold”un Müşahidə Şurasının bu il üzrə ilk iclası keçirilib İclas Şuranın sədri, iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəfin sədrliyi ilə videoformatda baş tutub
Sənaye
5 Aprel , 2021 12:32
“AzerGold”un Müşahidə Şurasının bu il üzrə ilk iclası keçirilib

Ölkə prezidentinin 22 fevral 2021-ci il tarixli sərəncamı ilə yenidən formalaşdırılmış “AzerGold” QSC-nin Müşahidə Şurasının (MŞ) bu il üzrə ilk iclası keçirilib.

“Report” şirkətə istinadən xəbər verir ki, iclas MŞ-nın sədri, iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəfin sədrliyi ilə videoformatda baş tutub.

İclasda Şuranın üzvləri, “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov və digər üzvləri iştirak ediblər.

İlk olaraq sədr və üzvlər göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. R.Nəcəf vurğulayıb ki, “AzerGold” fəaliyyət göstərdiyi qısa müddətdə dağ-mədən sahəsində ciddi uğurlar qazanaraq, qeyri-neft sektorunun aparıcı ixracatçıları sırasında qərarlaşıb. Hazırda dövlət şirkəti yeni inkişaf dövrünə qədəm qoyur. MŞ qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Cəmiyyətin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcək, İH ilə əməkdaşlıq müstəvisində çalışacaq.

İclasda ölkə prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədi ilə həyata keçiriləcək tədbirlər, “AzerGold”un korporativ idarəetmə sisteminin prinsipləri, MŞ-nın fəaliyyətinin təşkili, şirkətin idarə olunmasında Azərbaycan İnvestisiya Holdinqinin rolu və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi