"AzerGold"un mənfəətliyinin artırılması müzakirə olunub

"AzerGold"un mənfəətliyinin artırılması müzakirə olunub “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayevin sədrliyi ilə videobağlantı formatında keçirilən növbəti iclasda qurumun hasilat və ixrac hədəfləri, inkişaf strategiyası, mənfəətliyinin artırılması, xarici ölkələrə genişlənmə siyasəti və dig
Sənaye
29 Sentyabr , 2023 10:59
AzerGoldun mənfəətliyinin artırılması müzakirə olunub

“AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayevin sədrliyi ilə videobağlantı formatında keçirilən növbəti iclasda qurumun hasilat və ixrac hədəfləri, inkişaf strategiyası, mənfəətliyinin artırılması, xarici ölkələrə genişlənmə siyasəti və digər mövzular ətrafında müzakirələr aparılıb.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, iclasda həmçinin Qarabağ və Şərqi Zəngəzurda əlvan metal filizi yataqları ilə bağlı geoloji tədqiqatların genişləndirilməsi, Orta Asiya və digər ölkələrdə birgə mədən layihələrin icrası ilə bağlı məsələlərdən danışılıb.

Bundan başqa, İqtisadiyyat Nazirliyinin daxili zərgərlik bazarının inkişafı, şəffaflaşdırılması istiqamətində tədbirlərə “AzerGold”un verdiyi töhfələr qeyd edilib, bu istiqamətdə icrası nəzərdə tutulan əlavə tədbirlərdən söz açılıb. Eyni zamanda “AzerGold”un yerli pərakəndə satış bazarına təqdim etdiyi qızıl sikkə və külçələrin satışı ilə bağlı yeni qiymət siyasəti, yeni növ qızıl məshulların müasir texnologiyalar əsasında istehsalı imkanları müzakirə olunub.

İclasda ölkə prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə səhmdar cəmiyyətinin bu il gördüyü işlər, həyata keçirdiyi tədbirlər nəzərdən keçirilib, yuxarıda qeyd olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi