"AzerGold" sədri "Yüksəliş" müsabiqəsinin qalibi ilə yekun görüşünü keçirib

"AzerGold" sədri "Yüksəliş" müsabiqəsinin qalibi ilə yekun görüşünü keçirib “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov I “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qaliblərindən olan Nazim Novruzovla yekun görüşünü keçirib.
Sənaye
29 İyul , 2022 10:07
AzerGold sədri Yüksəliş müsabiqəsinin qalibi ilə yekun görüşünü keçirib

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov I “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qaliblərindən olan Nazim Novruzovla yekun görüşünü keçirib.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə 11 aylıq fərdi inkişaf planı əsasında görülmüş işlər təhlil edilib, fəaliyyət planının nəticələri ətraflı müzakirə edilib. N.Novruzov proqram müddətində mentorun karyera planlaması, effektiv idarəçilik, etik prinsiplər və peşəkar standartlar, böhran menecmentinə dair məsləhətlərindən faydalandığını, əldə edilən təcrübə və biliklərin şəxsi inkişafında və gələcək fəaliyyətində təsiredici rola malik olacağını qeyd edib.

Z.İbrahimov mentorluq proqramının uğurla başa çatması münasibətilə N.Novruzovu təbrik edib, qarşılıqlı faydalı əməkdaşlıqdan məmnun olduğunu dilə gətirib. Sədr layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibi ilə bundan sonra da sıx əməkdaşlıq edərək, təcrübəsini bölüşəcəyini və beləliklə, ona öz potensialını üzə çıxarmasına kömək göstərəcəyini diqqətə çatdırıb və gələcək karyera inkişafında uğurlar arzu edib.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Son xəbərlər

Orphus sistemi