"AzerGold" qiymətli metal tərkibli xəlitələrin saflaşdırılmasına nəzarətçi axtarır

Sənaye
  • 06 may, 2022
  • 12:01
AzerGold qiymətli metal tərkibli xəlitələrin saflaşdırılmasına nəzarətçi axtarır

"AzerGold" QSC qızıl və gümüş tərkibli xəlitələrin "Argor-Heraeus SA" affinaj şirkətində qəbul anından saflaşdırma anına kimi bütün prosesə tam nəzarət xidməti üçün təkliflər sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 50 manatdır.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 24-ü, saat 15:00-a qədər təqdim edə bilərlər.

Qeyd edək ki, ötən il "AzerGold" qızıl və gümüş tərkibli xəlitələrin saflaşdırılması prosesinin təftişinə Böyük Britaniyanın “Inspectorate International Limited” şirkətini cəlb etmişdi.

Xatırladaq ki, "AzerGold" QSC Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli Sərəncamına əsasən təsis edilib.

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

44 - Tezliklə