"AzerGold" laborator xidmətləri satın alır

Sənaye
  • 04 aprel, 2022
  • 07:06
AzerGold laborator xidmətləri satın alır

"AzerGold" QSC kəşfiyyat sahələrindən götürülmüş süxur nümunələrinin geokimyəvi analizi üzrə laborator xidmətlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "AQM Quality" MMC-dir.

Qalib şirkətə 1 milyon 743,9 min manat ödəniləcək.

Qeyd edək ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.

2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində istismara veriləcək zavodda “Çovdar” yatağının sulfid mərhələsi üzrə hasil ediləcək filizlər, “Mərəh” ,“Ağyoxuş 2”, “Tülallar” və onun cinah sahələri, eləcə də ötən il Cəmiyyətin geoloqları tərəfindən aparılan kəşfiyyət işləri nəticəsində aşkarlanan “Nərimanlı” potensial qızıl yatağından çıxarılacaq filiz süxurlarının emal edilməsi planlaşdırılır. Hazırda “Nərimanlı” yatağından götürülmüş süxur nümunələri beynəlxalq laboratoriyada analiz edilir. Analiz nəticələri əsasında resursların beynəlxalq standartlara uyğun olaraq hesablanması və mədən dizaynının hazırlanması işlərinin cari ildə icra edilməsi, yataq üzrə resurs hesabatı, mədən dizaynı və istehsalat planının 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.

Son xəbərlər

Bütün Xəbər Lenti