“AzerGold” ixrac gəlirlərini 29 % artırıb

“AzerGold” ixrac gəlirlərini 29 % artırıb 2020-ci ildə “AzerGold” QSC 109,7 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.
Sənaye
29 Yanvar , 2021 16:59
“AzerGold” ixrac gəlirlərini 29 % artırıb

2020-ci ildə “AzerGold” QSC 109,7 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.

Məlumata görə, bu, 2019-cu illə müqayisədə 24,7 mln ABŞ dolları və yaxud 29,1 % çoxdur.

“AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı əsasında 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 37 milyon manatdır. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Son xəbərlər

Orphus sistemi