“AzerGold”un ixrac gəlirləri 37 % azalıb

Sənaye
  • 30 aprel, 2022
  • 13:35
“AzerGold”un ixrac gəlirləri 37 % azalıb

Bu ilin yanvar-mart aylarında “AzerGold” QSC 12,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Sənədə əsasən, bu, 2021-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 7,5 milyon ABŞ dolları və ya 37,3 % azdır.

“AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 62 milyon manatdır. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Son xəbərlər

Bütün Xəbər Lenti