“AzerGold” ilk dəfə dividend ödəyəcək

“AzerGold” ilk dəfə dividend ödəyəcək 2020-2021-ci illər üzrə uğurlu fəaliyyət nəticəsində cari ildə “AzerGold” QSC ilk dəfə səhmdarına 20,5 milyon manat məbləğində dividend ödənişi həyata keçirməyi planlaşdırılır.
Sənaye
7 Fevral , 2022 13:27
“AzerGold” ilk dəfə dividend ödəyəcək

2020-2021-ci illər üzrə uğurlu fəaliyyət nəticəsində cari ildə “AzerGold” QSC ilk dəfə səhmdarına 20,5 milyon manat məbləğində dividend ödənişi həyata keçirməyi planlaşdırılır.

“Report”un məlumatına görə, bunu bu gün “AzerGold” QSC-in İdarə Heyətinin sədri Zakir İbrahimov Səhmdar Cəmiyyətdə ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən mətbuat konfransında bildirib.

“2020-ci ilin yekunlarına dair ASC-nin maliyyə hesabatları 2021-ci ildə dərc olunub. Beynəlxalq standartlara uyğun müstəqil auditor şirkəti tərəfindən aparılan yoxlamalar nəticəsində müsbət rəy verilən maliyyə hesabatlarına əsasən, 2020-ci il üzrə Cəmiyyətin xalis mənfəəti 2019-cu illə müqayisədə 287 % artaraq 82 milyon manat təşkil edib, həmçinin digər indekslər üzrə də yüksək nəticələr əldə edilib", - Z. İbrahimov deyib.

O diqqətə çatdırıb ki, cari ildə "Pricewaterhouse Coopers Audit Azerbaijan LLC" şirkəti tərəfindən aparılacaq yoxlamaların da müsbət dəyərləndiriləcəyi proqnozlaşdırılır: “Cəmiyyətdaxili hesablamalara və 2021-ci il üzrə vergi uçotuna uyğun operativ məlumatlara əsaslanaraq qeyd edə bilərəm ki, Cəmiyyətin xalis mənfəəti təqribən 80 milyon manat civarında gözlənilir. Auditor şirkəti tərəfindən rəy veriləcək maliyyə hesabatları ənənəvi olaraq geniş ictimaiyyət üçün açıqlanacaq”.

Z. İbrahimov vurğulayıb ki, 2021-ci ildə “AzerGold” dövlət büdcəsinə ümumilikdə 33 milyon manatdan artıq vəsait ödəyib: "Bunun da 29,7 milyon manatı vergi, 3,3 milyon manatdan çoxunu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib".

O qeyd edib ki, 2020-ci ildə bu göstərici 12,8 milyon manat təşkil edib və 2021-ci ilin büdcə ödənişlərində 20,2 milyon manat, yəni 158 % artım qeydə alınıb: “Ümumilikdə, Cəmiyyətin fəaliyyəti dövründə dövlət büdcəsinə vergi və sosial ödənişləri 73,8 milyon manat təşkil edib”.

Son xəbərlər

Orphus sistemi