“AzerGold” bu il ərzində qızıl və gümüş satışından əldə etdiyi gəlirlərini açıqlayıb

“AzerGold” bu il ərzində qızıl və gümüş satışından əldə etdiyi gəlirlərini açıqlayıb Bu ilin yanvar-sentyabr aylarında “AzerGold” QSC-nin qızıl və gümüş satışından ümumi gəliri 138 milyon 077 min 882 manat təşkil edib.
Sənaye
9 Oktyabr , 2023 18:20
“AzerGold” bu il  ərzində qızıl və gümüş satışından əldə etdiyi gəlirlərini açıqlayıb

Bu ilin yanvar-sentyabr aylarında “AzerGold” QSC-nin qızıl və gümüş satışından ümumi gəliri 138 milyon 077 min 882 manat təşkil edib.

“Report”un “AzerGold”a istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin 9 aylıq göstəricisi ilə müqayisədə 4 % çoxdur.

Həmçinin qızıl satışından 133 milyon 965 min 202 manat gəlir əldə edilib ki, bu da illik müqayisədə 4 % çoxdur. Gümüş satışından gəlir isə il ərzində 11 % azalaraq 4 milyon 112 min 679 manat təşkil edib.

Hesabat dövründə “AzerGold”un qızıl və gümüş ixracından gəliri 122 milyon 252 min 743 manat təşkil edib. Bu, 2022-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 2 % azdır. Beləliklə, bu ilin ilk 9 ayı üçün müəyyənləşdirilmiş qızıl və gümüş üzrə satış planı 57 %-dən artıq icra edilib.

Səhmdar Cəmiyyətin qızıl ixracından gəliri 199 milyon 129 min 023 min manat (il ərzində 1 % azalıb) əldə edib. Bununla da bu ilin ilk 9 ayı üçün müəyyənləşdirilmiş qızıl ixracı üzrə plan 56 %-dən artıq icra edilib. Gümüş ixracından 3 milyon 123 min 720 manat (27 % azalıb) həcmində gəlir əldə edilib ki, bu da müəyyənləşdirilmiş plandan 91 %-dən çoxdur.

Daxili bazarda qızıl və gümüş satışından 15 milyon 825 manat məbləğində gəlir əldə edilib, bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 88 % çoxdur. Həmçinin, 4 316 unsiya qızıl satışından (il ərzində 80 % artıb) 14 milyon 836 min 180 manat (84 % artıb) gəlir əldə edilib. 23 653 unsiya gümüş satışından (3,15 dəfə artıb) isə 988 min 958 manat (3,11 dəfə artıb) gəlir əldə edilib.

Xatırladaq ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində “Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarında yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə “Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və “Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq “AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi