"AzerGold" biznes şəriki axtarır
- 22 iyun, 2022
- 06:27
"AzerGold" QSC törəmə müəssisəsi - "Daşkəsən Dəmir Filiz" MMC-yə təsisçinin cəlb edilməsi ilə bağlı hüquqi və kommersiya dəstəyinə dair məsləhət xidmətləri üçün təkliflər sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini iyulun 8-i, saat 15:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 2H ünvanına təqdim edə bilərlər.
Xatırladaq ki, "AzerGold" Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılıb. Səhmdar cəmiyyəti ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.