“AzerGold” 5 ildə qızıl və gümüş satışından 755 mln manatdan çox vəsait cəlb edib

“AzerGold” 5 ildə qızıl və gümüş satışından 755 mln manatdan çox vəsait cəlb edib Ötən il 60 min unsiya qızıl və 133 min unsiya gümüşün beynəlxalq və yerli pərakəndə bazarlarda satışı nəticəsində 188,3 milyon manat məbləğində gəlir əldə edilib.
Sənaye
7 Fevral , 2022 13:12
“AzerGold” 5 ildə qızıl və gümüş satışından 755 mln manatdan çox vəsait cəlb edib

Ötən il 60 min unsiya qızıl və 133 min unsiya gümüşün beynəlxalq və yerli pərakəndə bazarlarda satışı nəticəsində 188,3 milyon manat məbləğində gəlir əldə edilib.

“Report”un məlumatına görə, bunu “AzerGold” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə qızıl üzrə orta satış qiymətinin azalmasına baxmayaraq, 2020-ci illə müqayisədə qiymətli metalın ümumi satışı üzrə daxilolmaları 760 min manat və ya 0,4 % artıb: “Beləliklə, fəaliyyətdə olduğu 5 il ərzində Cəmiyyət tərəfindən 285 min unsiya qızıl və 560 min unsiya gümüşün satışı nəticəsində ölkə iqtisadiyyatına 755 milyon manatdan çox vəsait cəlb edilib”.

Z. İbrahimov bildirib ki, “AzerGold” məhsulların yerli bazara təklif etdiyi 2019 - 2021-ci illərdə ümumilikdə 3 405 unsiyadan çox külçə və sikkələrin satışını həyata keçirib:

"Bunun da 78 %-i məhz 2021-ci ildə satılıb. Ötən il satılan qiymətlilərin 97 %-ni qızıl, 3 %-ni isə gümüş məhsulları təşkil edib və qeyd edilən satışlardan dövriyyəyə ümumilikdə 8,7 milyon manatdan çox vəsait cəlb edilib. Bu 2020-ci iilə müqayisədə 377 % artım deməkdir”.

Z. İbrahimov qeyd edib ki, məhsulların satışında kəskin artım xüsusilə Satış mərkəzi fəaliyyətə başladıqdan sonra qeydə alınıb. “Ötən il Satış və Mübadilə Mərkəzində 2 366 unsiya həcmində məhsulun satışı həyata keçirilib. Bu da Cəmiyyət tərəfindən il ərzində daxili bazarda satılan məhsulların 89 %-ni təşkil edir”.

Son xəbərlər

Orphus sistemi