"AzerGold" 25 milyon manatlıq 2 tenderə yekun vurub

Sənaye
  • 30 sentyabr, 2021
  • 14:05
AzerGold 25 milyon manatlıq 2 tenderə yekun vurub

"AzerGold" QSC müxtəlif sahələrinin əlaqələndirilməsi üçün avtomobil yollarının (Tülallar-Zurnabad-Gəncə Qəsəbəsi, Kərəmli kənd ətrafı, Quşçu kənd ətrafı) inşası (1), eləcə də kəşfiyyat sahələrindən götürülmüş süxur nümunələrinin geokimyəvi analizi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibləri müvafiq olaraq "Azcd Group" QSC və "İntertek Azeri LTD" MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 22,308 milyon manat və 2,244 milyon manat, ümumilikdə isə 24,552 milyon manat ödəniləcək.