“AzerGold" 2035-ci ilədək strateji hədəflərini açıqlayıb

“AzerGold" 2035-ci ilədək strateji hədəflərini açıqlayıb “AzerGold" QSC 2032-ci ilə kimi əlavə olaraq 13 min yeni iş yerinin yaradılmasını planlaşdırır.
Sənaye
14 Dekabr , 2021 12:23
“AzerGold 2035-ci ilədək strateji hədəflərini açıqlayıb
Zakir Nuriyev

“AzerGold" QSC 2032-ci ilə kimi əlavə olaraq 13 min yeni iş yerinin yaradılmasını planlaşdırır.

“Report” xəbər verir ki, bunu "Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf perspektivləri" mövzusuna həsr edilmiş tədbirdə Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

““AzerGold"un cari ildə yenilənmiş strategiyasina əsasən 2035-ci ilədək Çovdar qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla 6 qızıl, 1 polimetal, 3 mis və bir dəmir filizi yataqlari qrupunun istismarı nəticəsində illik dövriyyəsi 1 milyard ABŞ dolları olan ən böyük qeyri-neft sənayesi şirkətlərindən və işəgötürənlərdən biri olmaqi hədəfləyirik. Belə ki, yaradılacaq yeni iş yerlərinin sayının 2032-ci ildə 13 min nəfərə çatdırılması gozlənilir", - Z.İbrahimov bildirib.

Onun sözlərinə görə, yenilənmiş strategiyaya əsasən, sirkətin 2020-2035-ci illər üzrə məcmu gəlirlərinin 18,5 milyard manata çatdırılması nəzərdə tutulub.

"Bununla yanaşı ölkənin məcmu UDM-sinə 24,5 milyard manat həcmindən töhfənin verilməsi, 1,7 milyard manat məbləğində məcmu vergilərin ödənilməsi planlaşdırılır.

Nəzərdə tutulan strateji planların icrası müddətində dövlət büdcəsindən asılılığın aradan qaldırılması hədəflənir. Qeyd edək istəyirəm ki, cəmiyyət artıq qızıl layihələrinin icrası üzrə büdcədən asılılığı tam aradan qaldırıb“, - deyə o qeyd edib.

Qeyd edək ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.

Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.

Hazırda “AzerGold” yalnız “Çovdar” yatağından yerüstü işlənmə mərhələsi çərçivəsində qızıl və gümüş hasilatı və ixracını həyata keçirir.

Son xəbərlər

Orphus sistemi