Azərbaycanda sənaye istehsalı 5 %-dən çox artıb

Azərbaycanda sənaye istehsalı 5 %-dən çox artıb 2021-ci ildə Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 54,5 milyard manatlıq və yaxud 2020-ci illə müqayisədə 5,2% çox sənaye məhsulu istehsal edib.
Sənaye
14 Yanvar , 2022 16:35
Azərbaycanda sənaye istehsalı 5 %-dən çox artıb

2021-ci ildə Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 54,5 milyard manatlıq və yaxud 2020-ci illə müqayisədə 5,2% çox sənaye məhsulu istehsal edib.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən il sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 18,9% artıb.

Sənaye məhsulunun 64,5%-i mədənçıxarma sektorunda, 29,9%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,1%, əmtəəlik qaz hasilatı 23% artıb.

Emal sektorunda tikinti materiallarının istehsalı 80,6%, əczaçılıq məhsullarının istehsalı 58,3%, tütün məmulatlarının istehsalı 54,0%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 29,8%, toxuculuq sənayesi məhsullarının istehsalı 26,8%, kağız və karton istehsalı 26,5%, kimya sənayesi məhsullarının istehsalı 25,5%, mebel istehsalı 24,8%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 21,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,4%, hazır metal məmulatlarının istehsalı 17,4%, metallurgiya sənayesi məhsullarının istehsalı 16,9%, neft məhsullarının istehsalı 13,4%, qida məhsullarının istehsalı 10,2%, kompüter, elektron və optik məhsulların istehsalı 8,3%, içki istehsalı 2,3% artmış, maşın və avadanlıqların istehsalı 9,1%, elektrik avadanlıqlarının istehsalı 11,2%, geyim istehsalı 21,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 38,3%, poliqrafiya məhsullarının istehsalı 45,2%, sair nəqliyyat vasitələrinin istehsalı 92,6% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 18,2% artıb.

Son xəbərlər

Orphus sistemi