Azərbaycanda qida təhlükəsizliyinə dair yeni dövlət standartı qəbul edilib

Azərbaycanda qida təhlükəsizliyinə dair yeni dövlət standartı qəbul edilib Azərbaycanda ISO 22000:2018 beynəlxalq standartının yeni versiyası əsasında  AZS ISO 22000:2022 “Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” dövlət standartı qəbul edilib.
Sənaye
12 Aprel , 2022 16:14
Azərbaycanda qida təhlükəsizliyinə dair yeni dövlət standartı qəbul edilib

Azərbaycanda ISO 22000:2018 beynəlxalq standartının yeni versiyası əsasında AZS ISO 22000:2022 “Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” dövlət standartı qəbul edilib.

Bu barədə "Report" İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə əsasən xəbər verir.

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə hazırlanan standart layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Standartın tətbiqi ölkədə qida məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin idarə edilməsi və bu sahə üzrə qida zəncirində iştirak edən təşkilatların fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına, həmçinin qida məhsullarının keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi