Azərbaycanda qida duzu istehsalı cüzi artıb

Sənaye
  • 18 avqust, 2023
  • 08:47
Azərbaycanda qida duzu istehsalı cüzi artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 40,6 min ton qida duzu istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,7 % çoxdur.

Avqustun 1-nə ölkədə 2,4 ton hazır məhsul ehtiyatı yaranıb.

Ölkədə duza olan tələbat daxili istehsal və idxal hesabına ödənilir. Yerli duz kimi Naxçıvanda Duz dağından və Abşeron yarımadasında olan göllərdən yığılan duzlardan istifadə olunur. Xairicdən isə duz əsasən İran, Rusiya və Ukraynadan gətirilir.

2022-ci ildə Azərbaycana (16 ölkədən) idxal edilmiş 11,87 min ton duzun (qida üçün yararlı, yodlaşdırılmış) 68,8 %-i İranın, 17 %-i Rusiyanın, 8,4 %-i Ukraynanın, 2,5 %-i Türkiyənin, 2,1 %-i Qazaxıstanın payına düşüb.

Azərbaycanın yodlaşdırılmış duza illik tələbatı 35-40 min ton təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti