Azərbaycanda noyabrda duz istehsalı 46 % artıb

Sənaye
  • 30 dekabr, 2024
  • 10:37
Azərbaycanda noyabrda duz istehsalı 46 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 82 min 434 ton duz istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 % çoxdur.

Təkcə noyabrda isə ölkədə 8 min 72 ton duz istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 46 % çoxdur.

Bu ilin dekabrın 1-nəə, Azərbaycanda 81,7 ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 73 min 267 ton duz istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 5,4 % azdır.

44 filmi