Azərbaycanda metanol istehsalı 68% artıb

Azərbaycanda metanol istehsalı 68% artıb Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 161,1 min ton həcmində metanol (metil spirti) istehsal olunub.
Sənaye
23 May , 2020 10:37
Azərbaycanda metanol istehsalı 68% artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 161,1 min ton həcmində metanol (metil spirti) istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin dörd ayında metanol istehsalı ötən ilin müvafiq dövründən 67,6% çox olub.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi