Azərbaycan Türkiyə ilə sənaye və texnologiya sahələrində əməkdaşlığı müzakirə edib
Azərbaycan Türkiyə ilə sənaye və texnologiya sahələrində əməkdaşlığı müzakirə edibAzərbaycan və Türkiyə arasında sənaye və texnologiya sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edilib.
Azərbaycan və Türkiyə arasında sənaye və texnologiya sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə, həmçinin sənaye və texnologiya sahələrində inkişafından məmnunluq ifadə etdik, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
During the meeting with Mehmet Fatih Kacir (@mfatihkacir), the Minister of Industry and Technology of Türkiye, we expressed our satisfaction with the progress of relations between the two countries in diverse fields, particularly in #industry and #technology sectors. Furthermore,… pic.twitter.com/2OgSGtq8AO
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub. İqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün qarşılıqlı investisiya qoyuluşu, sənaye və texnologiya sahələrində təcrübə mübadiləsi, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi imkanları qeyd edilib.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, türk iş adamlarının Azərbaycanda həyata keçirilən yeni layihələrdə iştirakı, sənaye parkları və məhəllələrinə investisiya yatırılması barədə fikir mübadiləsi aparıblar.