Azərbaycan şüşə istehsalını artırmaq niyyətindədir

Azərbaycan şüşə istehsalını artırmaq niyyətindədir Bu məqsədlə idxal xammaldan asılılığın aradan qaldırılması planlaşdırılır
Sənaye
7 Fevral , 2018 12:15
Azərbaycan şüşə istehsalını artırmaq niyyətindədir
Report/ Elchin Murad

Bakı. 7 fevral. REPORT.AZ/ "Azərşüşə" MMC-nin balansında olan şüşə zavodunda istehsala sərf olunan vaxtın və xərclərin azaldılması üçün istehsalda qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı tədbirlər görüləcək.

“Report” xəbər verir ki, bunu “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının 4-cü ilinin yekunları: qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışında "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə bildirib.

"Ağır sənayenin mühüm sahələrindən olan şüşə istehsalının inkişafı Korporasiyanın vacib fəaliyyətlərindən biridir", - K.Nəbizadə qeyd edib.

Onun sözlərinə görə, şüşə zavodunda istehsal gücünün artırılması nəzərdə tutulur, idxal xammaldan asılılığın aradan qaldırılması planlaşdırılır və bu istiqamətdə işlər görülür.

Son xəbərlər

Orphus sistemi