Azərbaycan şirkətləri Serbiyanın neft-kimya müəssisələrinə maraq göstərir

Azərbaycan şirkətləri Serbiyanın neft-kimya müəssisələrinə maraq göstərir Bu ölkənin ən böyük neft-kimya müəssisəsi olan “HIP Petrohemija”nın 54,89%-lik səhmi dövlətə məxsusdur
Sənaye
27 Yanvar , 2017 17:38
Azərbaycan şirkətləri Serbiyanın neft-kimya müəssisələrinə maraq göstərir

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan şirkətləri Serbiyada olan müəssisələrin özəlləşdirilməsində maraqlıdır. 

“Report”un bu ölkənin Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Belqraddakı səfiri Eldar Həsənov deyib.

Səfirin sözlərinə görə, Azərbaycan şirkətləri daha çox neft-kimya müəssisələrinin özəlləşdirilməsi ilə maraqlanır.

Qeyd edək ki, ölkənin ən böyük neft-kimya müəssisəsi olan “HIP Petrohemija”nın 54,89%-lik səhmi dövlətə məxsusdur. Rusiyanın "Qazprom" şirkətinin 56,15% paya sahib olduğu Serbiyanın NİS neft-qaz şirkəti “HIP Petrohemija”nın səhmlərinin 12,72%-nə nəzarət edir.

***

Ötən ay Serbiya parlamenti “HIP Petrohemija”nın NIS-ə olan 254 mln. avroluq borcunun restruktizasiyası ilə bağlı qərar verib. Qanuna görə, dövlət “HIP Petrohemija”nın NIS-ə olan 105 mln. avroluq borcunu konvertasiya edəcək və 2019-cu ilin iyununa qədər 6 hissədə ödəmək üçün imkan yaradacaq.

Qeyd edək ki, E.Həsənov Serbiyanın energetika naziri Aleksandr Antiç "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının fevralın 23-də Bakıda keçiriləcək III iclasına dəvət edib.

Son xəbərlər

Orphus sistemi