Yuxarı

​Azərbaycan "Hyundai"nin ən çox avtomobil ixrac etdiyi ölkələr sırasındadır

Konsernin Sankt-Peterburq zavodu 2014-cü ildə 25,7 min avtomobil ixrac edib

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycan Cənubi Koreyanın "Hyundai" avtomobil konserninin Sankt-Peterburqdakı zavodunun ən çox məhsul ixrac etdiyi ölkələr sırasındadır.

"Report" xəbər verir ki, bu barədə avtomobil konserninin məlumatında bildirilir.

Məlumata görə, zavod 2014-cü ildə 25,7 min avtomobil ixrac edib ki, bu da ümumi istehsal həcminin 11%-ni təşkil edir. Ötən il müəssisə üçün ən böyük xarici bazar Qazaxıstan olub. Bu ölkəyə 21 min maşın tədarük olunub. İxraca görə sonrakı yerlərdə Azərbaycan və Belarus qərarlaşıb.

Hazırda "Hyundai"nin Peterburqdakı zavodunda "Hyundai Solaris" və "Kia Rio" istehsal olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi