Bakı. 19 dekabr. REPORT.AZ/ “Argus” Beynəlxalq Qiymət Agentliyi gələn il Bakıda beynəlxalq konfrans keçirəcək.
“Report” xəbər verir ki, “Argus mineral gübrə 2019. Xəzər və Qara dəniz regionunda Hasilat və Logistika” adlı konfransın 2019-cu il martın 14-15-də "Boulevard Hotel Baku" otelində keçirilməsi nəzərdə tutulub.
Konfransda
Konfransın əsas müzakirə mövzularından biri də gübrə idxalı ilə bağlı olacaq. Azərbaycanda kənd təsərrüfatı sənayesinin və aqrar-sənaye kompleksinin sürətli inkişafı respublikanın gübrəyə olan tələbatını artıracaq. MDB ölkələrində hər il dünya standartlarına cavab verən keyfiyyətli və ekoloji Azərbaycan istehsalı olan məhsullara tələbat artır. Tədarükün geniş coğrafiyası və ixrac edilən məhsulların əmtəə qruplarının genişlənməsi fermer təsərrüfatlarının zəruri qida mənbələri ilə fasiləsiz təminatını tələb edir.
Tədbir çərçivəsində SOCAR-ın Karbamid Zavoduna səfər təşkil olunacaq.
Konfransa Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistandan mineral gübrə istehsalçıları, Türkiyə, Ukrayna, Şərqi Avropadan beynəlxalq ticarət şirkətləri, həmçinin nəqliyyat-logistika şirkətlərinin nümayəndələri qatılacaq.