“Anglo Asian Mining”in 7 milyon dollarlıq satılmamış qiymətli metal ehtiyatı var
- 15 iyul, 2025
- 12:22
Bu il iyunun 30-na Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti (AAM, Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) ümumi dəyəri 7 milyon ABŞ dolları olan satılmamış qiymətli metal ehtiyatlarına malik olub.
Bu barədə “Report” şirkətin məlumatına istinadən xəbər verir.
İyunun sonuna şirkətin nağd pul vəsaitlərinin məbləği 11,1 milyon ABŞ dolları (2024-cü il iyunun 30-na - 12,4 milyon ABŞ dolları), xalis borcu isə 13 milyon ABŞ dolları (13,8 milyon ABŞ dolları) təşkil edib.
I yarımildə Şirkətin gəlirləri 40,6 milyon ABŞ dolları, əməliyyat xərcləri 33,8 milyon ABŞ dolları, kapital xərcləri isə 2,9 milyon ABŞ dolları təşkil edib.
“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. AAM “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir.