Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub

Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub.
Sənaye
11 Oktyabr , 2019 16:24
Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub

Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub.

"Report" xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub. Tədbirdə proqram idarəetməsinə uyğun olaraq icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya məsələləri müzakirə edilib. 

Qeyd edək ki, bu yol xəritəsinin həyata keçirilməsi üçün 3 strateji hədəf və 9 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Müzakirə zamanı həmçinin bildirilib ki, bu yol xəritəsinin əsas istiqaməti kimi mövcud aktivlərin optimallaşdırılması, rəqabətədavamlı sektorun yaradılması, maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi tədbirləri zəruri addımlar kimi qeyd edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin icrası zamanı bu istiqamətdə mühüm işlər görülüb. İslahatların nəticəsi olaraq, investisiya məlumat bankı yaradılıb. Biznes proseslərini tənzimləyən prosedurların daha da sadələşdirilməsi ilə investisiya mühitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb: “2019-cu ilin yanvar-avqust aylarında 2018-ci ilin müvafiq dövri ilə müqayisədə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artıb. Həmçinin emal sənayesi üzrə hazır metal məmulatlarının istehsalı 59,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,4 faiz, maşın və avadanlıqların istehsalı 13,6 faiz, tikinti materiallarının istehsalı 7,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 55,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,4 faiz artıb. Mədənçıxarma sənayesi üzrə metal filizlərinin hasilatı 2019-cu ilin yanvar-iyun aylarında 2018-ci ilin müvafiq dövrünə nisbətən 11, 2 faiz artıb.

Eyni zamanda müvafiq dövr ərzində sənaye müəssisələrinin kadr təminatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb. Sənaye və quraşdırma, avtomatlaşdırma, avtomobil, dağ-mədən işləri üzrə mütəxəssis və digər müxtəfil növ sənaye sahələri üzrə peşə təhsili proqramları hazırlanıb. 2019-cu ilin yanvar-may aylarında ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 7, 3 faiz artaraq 1 012, 1 manat olub”.

Müzakirə zamanı qeyd edilib ki, yüngül, yeyinti, kimya, tikinti və digər emal sənayesi sahələrinin və mədənçıxarma sənayesinin inkişafı ağır sənaye və maşınqayırma sənayesinin hazır məhsulları olan istehsalat xətləri, maşın və avadanlıqlar, müxtəlif dəzgahların və digər məhsulların intensiv inkişafından asılıdır. 2019-cu ilin yanvar-iyun aylarında emal sənayesində məhsul istehsalının strukturunda ən yüksək xüsusi çəkiyə malik alt sahələr qida məhsullarının istehsalı (32, 4%), neft məhsullarının istehsalı (25, 5%) və tikinti materiallarının istehsalı (6, 6%) təşkil edir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Tarif (qiymət) Şurası, Müdafiə Sənayesi Nazirliyinin və digər dövlər qurumlarının nümayəndələri iştirak edib.

Son xəbərlər

Orphus sistemi