ADB: Azərbaycanda sənayenin payı 30%-dən çoxdur

ADB: Azərbaycanda sənayenin payı 30%-dən çoxdur Hesabat: Qlobal istiləşmə tempinin 2 dərəcədən aşağıya salınması şiddətli istilik təhlükəsi riskini əhəmiyyətli dərəcədə azaldacaq
Sənaye
17 İyul , 2017 10:45
ADB: Azərbaycanda sənayenin payı 30%-dən çoxdur

Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) strukturunda sənaye sektorunun payı 30%-dən çoxdur. “Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) hazırladığı “A region at risk: The human dimensions of climate change in Asia and the Pacific” adlı hesabatında qeyd edilib.

Hesabata əsasən, həmin siyahıda Azərbaycanla yanaşı Butan, Çin, Laos, Monqolustan, Nauru, Papua Yeni Qvineya, Filippin, Şri-Lanka, Tayland, Şərqi Timor, Türkmənistan, Özbəkistan və Vyetnam yer alıb.

ADB həmçinin ÜDM-də xidmət sektorunun payı 50%-dən çox olan ölkələrin adlarını açıqlayıb. Siyahıda Cənubi Qafqaz ölkələrindən yalnız Ermənistanın adı qeyd edilib.

Bank Asiya regionu üçün gözlənilə bilən iqlim dəyişikliyini də açıqlayıb. ADB hesab edir ki, XXI əsrin sonuna qədər adıçəkilən regionda orta yay temperaturu 6 dərəcədən artıq yüksələcək: “BAU (Business as usual) ssenarisinə əsasən, 2070-ci ildən sonra yay temperaturu normallaşacaq. Qlobal istiləşmənin 2 dərəcədən aşağıya salınması regionda şiddətli istilik təhlükəsi riskini əhəmiyyətli dərəcədə azaldacaq”.

Son xəbərlər

Orphus sistemi