Rezidentlərin yekun attestasiyası keçiriləcək

Sağlamlıq
  • 24 oktyabr, 2018
  • 05:53
Rezidentlərin yekun attestasiyası keçiriləcək

Bakı. 24 oktyabr. REPORT.AZ/ Rezidentlərin yekun attestasiyasını Azərbaycan Tibb Universitetində Attestasiya Komissiyası aparacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, attestasiya iki mərhələdə (test və praktik) olacaq.

Birinci mərhələdə rezident 3 saat ərzində 50 test sualına cavab verir. Test imtahanı komputer vasitəsilə aparılır. Test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar.

İkinci mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri meyarları ali tibb təhsili müəssisəsində təyin edilən 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Yekun attestasiyanın test mərhələsi oktyabrın 24-də saat 10:00-da Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) keçiriləcək. Rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-də istifadəçi şifrəsini əldə edə bilərlər. VTM Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.

Yekun attestasiyanın praktik mərhələsi ixtisasdan asılı olaraq oktyabrın 29-u və 30-u saat 10:00-da Azərbaycan Tibb Universitetinin kafedralarında və klinikalarında keçiriləcək. Rezidentlərin göstərilən günlərdə saat 09.45-də ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur. Yekun attestasiyanın ixtisaslar üzrə praktik mərhələsinin keçirildiyi yerlər aşağıdakı cədvəldə verilib:

İxtisaslarTarixAttestasiyanın keçiriləcəyi yer
PsixiatriyaNarkologiya29.10.2018Azərbaycan Tibb Universitetinin Psixiatriyakafedrası,2 nömrəli Psixiatriya Xəstəxanası
Ürək-damar cərrahiyyəsi30.10.2018Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası, II mərtəbə
Ümumi cərrahiyyə29.10.201830.10.2018Azərbaycan Tibb Universitetinin Tədris CərrahiyyəKlinikası,X mərtəbə
Plastik cərrahiyyə29.10.2018Azərbaycan Tibb Universitetinin TədrisCərrahiyyəKlinikası, VIII mərtəbə
Urologiya29.10.2018Azərbaycan Tibb Universitetinin TədrisCərrahiyyəKlinikası, XII mərtəbə
Nefrologiya29.10.2018Azərbaycan Tibb UniversitetininTədrisTerapiyaKlinikası, IV mərtəbə
Revmatologiya29.10.2018Azərbaycan Tibb UniversitetininTədrisTerapiyaKlinikası, XImərtəbə
İmmunologiya29.10.2018Azərbaycan Tibb Universitetinin 5nömrəli tədris binası, I mərtəbə
Ftiziatriya29.10.2018Azərbaycan Tibb UniversitetininFtiziatriyakafedrası, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləriİnstitutu
Gigiyena29.10.2018Azərbaycan Tibb Universitetinin1 nömrəli tədris binası,IV mərtəbə
Mikrobiologiya29.10.2018Azərbaycan Tibb Universitetinin4 nömrəlitədris binası, III mərtəbə
Laboratoriya işi29.10.2018Azərbaycan Tibb Universitetinin4 nömrəli tədris binası,Biokimyəvilaboratoriya
Epidemiologiya29.10.2018Azərbaycan Tibb Universitetinin5 nömrəlitədris binası,VII mərtəbə
Anesteziologiya-reanimatologiya29.10.201830.10.2018Azərbaycan Tibb Universitetinin TədrisTerapiyaKlinikası, IVmərtəbə
Oftalmologiya29.10.2018Azərbaycan Tibb UniversitetininTədrisCərrahiyyəKlinikası,VI mərtəbə
Allerqologiya29.10.2018Azərbaycan Tibb Universitetinin TədrisTerapevtikKlinikası, I mərtəbə
Stomatologiya29.10.2018Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının Tədrismərkəzi
Onkologiya29.10.2018Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası
Mamalıq-ginekologiya29.10.2018Azərbaycan Tibb Universitetinin Tədris CərrahiyyəKlinikası, VI mərtəbə
Otorinolarinqologiya29.10.2018Azərbaycan Tibb Universitetinin Tədris CərrahiyyəKlinikası, VIII mərtəbə
Nevrologiya29.10.2018Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, VII mərtəbə
Terapiya29.10.201830.10.2018Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, VIII mərtəbə
Kardiologiya30.10.2018Azərbaycan Tibb Universitetinin Tədris Terapiya, I mərtəbə
Qastroenterologiya29.10.2018Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, XI mərtəbə
Hematologiya29.10.2018Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikasının Hematologiyaşöbəsi, XIII mərtəbə
Dermatovenerologiya29.10.2018Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, I mərtəbə
Yoluxucu xəstəliklər29.10.2018Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, I mərtəbə
Endokrinologiya29.10.2018Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, IX mərtəbə
Pediatriya29.10.2018Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, V mərtəbə
Şüa diaqnostikası29.10.201830.10.2018Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, II mərtəbə
Üz-çənə cərrahiyyəsi29.10.2018Azərbaycan Tibb Universitetinin Tədris CərrahiyyəKlinikası, VI mərtəbə
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza29.10.2018Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya Birliyi
Sosial gigiyena və səhiyyənin təşkili29.10.2018Azərbaycan Tibb Universiteti Əsas bina IV mərtəbə İctimai sağlamlıq və səhiyyənin təşkili
Fizoterapiya və tibbi bərpa29.10.2018Azərbaycan Tibb Universitetinin Tədris TerapiyaKlinikası, VII mərtəbə
Neyrocərrahiyyə29.10.2018Azərbaycan Tibb Universitetinin Tədris CərrahiyyəKlinikası, IX mərtəbə
Travmatologiya-ortopediya29.10.2018Azərbaycan Tibb Universitetinin Tədris CərrahiyyəKlinikası, IX mərtəbə
Uşaq cərrahiyyəsi29.10.2018Azərbaycan Tibb Universitetinin Tədris CərrahiyyəKlinikası, VI mərtəbə

Son xəbərlər

Bütün Xəbər Lenti